1 oktyabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsinin yekun konfransına həsr olunmuş tədbir keçirilmişdir

Cari ilin 1 oktyabr tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Avropa  İttifaqına daxil olan Almaniyanın (DakKs), İtaliyanın (Accredia) və Latviyanın (Latak) akkreditasiya qurumlarının dəstəyi ilə heyata keçirilən “Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsinin yekun konfransına həsr olunmuş tədbir keçirilmişdir.

Adı çəkilən layihə Azərbaycan Akkreditasiya Mərkəzinin imkanlarını Akkreditasiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının, Laboratoriyaların Akkreditasiya üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının Beynəlxalq Akkreditasiya Forumunun  tələblərinə uyğun olaraq   gücləndirməyi hədəfə alan kompleks fəaliyyətlərdən ibarətdir.

Layihənin ümumi məramı Azərbaycanın iqtisadi inkişafına və Avropanın tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsi ilə dünya bazarına çıxışı təmin etməkdir. Layihə Azərbaycanda məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verərək, onların Avropa bazarında rəqabətə davamlı olmasına şərait yaradacaq. Tvinninq layihəsi Aİ Üzv Dövlətlərinin Milli Akkreditasiya Qurumlarının DakkS,   Accredia, LATAK konsorsiumu və  benefisiarı AzAK olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 1 İyul 2017-ci il tarixindən, 30 İyun 2019-cu il tarixinədək davam etmiş, daha dörd ay müddətinə uzadılaraq müvafiq olaraq icra edilmişdir. Bu müddət ərzində layihə Rezident Tvinninq Müşaviri  ilə müşayiət olunmuşdur.

Tədbirdə Avropa İttifaqının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Kestutis Jankauskas, Almaniyanın Azərbaycanda Fövqəladə və Səlahiyyəti səfiri Dr. Volfqanq Maniq, Latviyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Cənab Dainis Garancs, Italiya Səfirliyinin Ticarət şöbəsinin rəhbəri Dr. Lorena Maschietto, üzv dövlət üzrə Layihə rəhbəri, Almaniya Federal Respublikasının Avropa İttifaqında Daimi Nümayəndəliyi, İqtisadiyyat Şöbəsinin müdiri Dr. Norbert Şultes, Azərbaycan Respublikasının Milli Məclisi, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Akad. Dr. Ziyad Səmədzədə, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Prof. Dr. Namiq Əliyev və digər nümayəndələr iştirak etmişlər.

Tədbir zamanı iştirakçılar layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat vermişdilər.

Tədbir 1 oktyabr 2019-cu il tarixində Hilton oteldə keçirilmişdir.