Azərbaycan Akkreditasiya Mərkəzində İSO 15189-2012 “Tibbi laboratoriyaların səriştəliyinə və keyfiyyətinə dair tələblər” standartı üzrə təlim keçirildi

 

17 sentyabr– 19 sentyabr 2019-cu il tarixlərində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsi çərçivəsində akkreditasiya orqanının qiymətləndirici və ekspertlər bazasının yaradılması məqsədilə 17-19 sentyabr tarixlərində İSO 15189-2012 “Medical laboratories-Requirements quality and competence”  beynəlxalq standartına dair təlim keçirilmişdir.

 

Sözügedən təlim Latviya Milli Akkreditasiya Qurumunun təmsilçisi Maira Sapata tərəfindən həyata keçirildi.

 

Təlimdə Azərbaycan Akkreditasiya Mərkəzinin və tibbi laboratoriyaların nümayəndələri iştirak etmişlər.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.