Azərbaycan Akkreditasiya Mərkəzində İSO 45001, IAF MD 22 və İAF-ın digər məcburi sənədlərinə dair təlim keçirildi

Azərbaycan Akkreditasiya Mərkəzində İSO 45001, IAF MD 22 və İAF-ın digər məcburi sənədlərinə dair təlim keçirildi

   17 iyul – 19 iyul 2019-cu il tarixlərində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsi çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinin qiymətləndiricilərinin bilik səviyyəsinin artırılması məqsədilə İSO 45001-2018, IAF MD 22 və İAF-ın digər məcburi sənədlərinə dair təlim keçirilmişdir.

   Sözügedən təlim Italiya Milli Akkreditasiya Qurumunun təmsilçisi Marko Çerri tərəfindən həyata keçirildi.

  Təlimdə Azərbaycan Akkreditasiya Mərkəzinin və uyğunluğu qiymətləndirən qurumların nümayəndələri iştirak etmişlər.

   Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.