Azərbaycan Akkreditasiya Mərkəzində “İSO/ İEC 17025:2017 standartının tələbləri və dəyişikliklər” mövzusunda təlim keçirildi

      30 aprel- 2 may 2019-cu il tarixlərində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsi çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinin kənar qiymətləndirici və ekspertlər bazasının yaradılması məqsədilə “İSO/ İEC 17025:2017 standartının tələbləri və dəyişikliklər” mövzusunda təlim keçirilmişdir.

Sözü gedən təlim Almaniya Akkreditasiya Qurumunun təmsilçisi Olaf Schnelle-Werner tərəfindən həyata keçirildi.

Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, «Gəncə  Cihazqayırma Zavodu»  ASC, “Optimum Metrology Services” MMC, «Gəncə  Cihazqayırma Zavodu»  ASC, “Azərsun Holdinq” MMC və “Alco” MMC-nin nümayəndələri iştirak etmişlər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.