Profdr. ƏLİYEV Namiq Həsən oğlu 

- 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olmuşdur

- 1978-ci ildə Azərbaycan  (hazırda Bakı) Dövlət Universitetinin Hüquq fakültəsini (fərqlənmə diplomu ilə) bitirmişdir

- 1978-1979-cu illərdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında çalışmışdır

- 1979-1992-ci illərdə Bakı Ali Partiyası Məktəbində (1991-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu)  elmi işçi, müəllim, baş müəllim, dosent, dekan,  kafedra müdiri vəzifələrində işləmişdir

- 1992-ci 2000-ci illərdə əmək fəaliyyətini Azərbaycan Respublikası Parlamentində şöbə müdiri kimi davam etmişdir: Hüquq-mühafizə və müdafiə məsələləri üzrə (1992-1993), Konstitusiya qanunvericiliyi (1993-1997) və Dövlət quruculuğu məsələləri üzrə qanunvericilik (1997-2000) şöbələrinin müdiri olmuşdur

-2000-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı vəzifəsində çalışmışdır

- 2002-2004-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi olmuşdur

- 2004-2006-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır

- 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli Səfiri işləmişdir

- 2011-ci ildən 2016-cı ilədək - Azərbaycan Respublikasının Moldova Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur

- 25 dekabr 2017-ci il tarixindən "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin Baş direktorudur

- Dağlıq Qarabağda, o cümlədən Xocalıda, soyqırımın araşdırılması üzrə  Deputat istintaq  Komissiyasının üzvü olmuşdur
(Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 mart 1992-ci il tarixli Qərarı)

- Azərbaycan Respublikasının Dövlət qulluğu idarə olunması üzrə Şuranın üzvü (2001-2018)

- Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiridir (2006)

- 2-ci dərəcə Dövlət müşaviridir (2004)

- hüquq elmləri doktoru, professordur