Akkreditasiyanın mərhələləri
1. Müraciət
Müraciət rəsmi blankda hazırlanmalı, dəqiq və tam doldurulmalıdır. Müraciətə bütün tələb olunan sənədlər əlavə edilməli və UQQ-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmalıdır. Müraciətin yuxarıda sadalanan tələblərə uyğunluğu AZAK-ın müvafiq işçisi tərəfindən yoxlanılır.
Əgər bu mərhələnin nəticəsi müsbətdirsə, UQQ bu barədə məlumatlandırılır və ona hesab-faktura təqdim edilir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqı barədə məlumat AZAK-ın rəsmi internet səhifəsində yerləşdirilmişdir.