Akkreditasiya nədir?
Akkreditasiya - səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınmasını təmin edən vasitədir.
Uyğunluğun qiymətləndirilməsi orqanlarının (UQO) akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin milli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib olan mexanizmdir.
Akkreditasiya üçün müraciətdən akkreditasiya attestatının verilməsinə qədər olan müddət ərzində UQQ məhsul və xidmətlərin uyğunluğunun qiymətləndirilməsinə dair tələbləri yerinə yetirməlidir.
AZAK Akkreditasiya üçün müraciət edən UQQ-ni akkreditasiya attestatının verilməsinə qədər olan akkreditasiya prosesi ərzində müşayiət edir.
AZAK akkreditasiya attestatının verilməsindən və ya sahənin genişləndirilməsindən əvvəlki, həmçinin illik və təkrar qiymətləndirmə zamanı UQQ-nin könüllü və məcburi standartların əsas tələblərini yerinə yetirdiyinə zəmanət verir.
Akkreditasiya üçün müraciətdən akkreditasiya attestatının verilməsinə qədər olan müddət ərzində UQQ məhsul və xidmətlərin uyğunluğunun qiymətləndirilməsinə dair tələbləri yerinə yetirməlidir. AZAK Akkreditasiya üçün müraciət edən UQQ-ni akkreditasiya attestatının verilməsinə qədər olan akkreditasiya prosesi ərzində müşayiət edir. AZAK akkreditasiya attestatının verilməsindən və ya sahənin genişləndirilməsindən əvvəlki, həmçinin illik və təkrar qiymətləndirmə zamanı UQQ-nin könüllü və məcburi standartların əsas tələblərini yerinə yetirdiyinə zəmanət verir.