19 Aprel 2022

PTB tərəfindən “Şərq Tərəfdaşlığı ölkələri daxilində Keyfiyyət İnfrastruktur sahəsində regional əməkdaşlıqdan istifadə edilməsi” layihəsi çərçivəsində 04.04.2022 və 11.04.2022-ci il tarixlərində ISO/IEC 17025:2017 standartı üzrə onlayn formada təlim keçirilmişdir.

Təlimdə sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər və spesifikasiyaya uyğunluq bəyanatlarını bəyan edərkən UQQ-lar tərəfindən qərarqəbuletmə qaydalarının istifadəsi və nəticələrinin etibarlılığını təmin etməyə dair, həmçinin də metroloji izlənilmə qabiliyyətini nümayiş etdirmək üçün UQQ-lar tərəfindən istinad materiallarından istifadə edilməsi haqqında məlumat verilmişdir.

Təlimdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Laboratoriyaların akkreditasiyası şöbəsinin müdiri Ziya Məmmədov və həmin şöbənin qiymətləndiricisi Şükür Şükürov iştirak etmişdir.