Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

İnspeksiya orqanlarının akkreditasiyası - ISO/IEC 17020

Qeyd * - Akkreditasiya prosedurunun xidmət haqqı akkreditasiya sahəsinin layihəsində nəzərdə tutulmuş obyektlərin sayı, AzAK tərəfindən təsdiq edilmiş "Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün sərf olunan optimal iş vaxtı norması" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun tarixli 271 nömrəli Qərarına əsasən hesablanmışdır. Vaxt normaları ilə "resurslar" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun tarixli 271 nömrəli Qərarı ilə "Qanunvericilik" bölümündə tanış ola bilərsiniz.

Qeyd ** - 3 illik akkreditasiya dövründə 2 dəfə (ildə 1 dəfə olmaqla) illik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmuşdur. Hər növbəti illik qiymətləndirmə zamanı yerinə yetirilən işlər üçün vaxt normaları və qiymət ilkin və təkrar akkreditasiya zamanı hesablanmış vaxt normaları və qiymətin 50%-ni təşkil edir.

Ödənişlərin həyata keçirilməsi qaydası Uyğunluğu qiymətləndirən qurumla AzAK arasında imzalanacaq akkreditasiya müqaviləsinə uyğun həyata keçirilir. Müqavilənin məzmunu ilə "Müraciət > Akkreditasiya üçün müraciət" bölməsində tanış ola bilərsiniz.