Avropa Birliyi tərəfindən maliyyələşən “Azərbaycanda Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” ilə bağlı Tvinninq layihəsi Avropa Birliyi, Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Avropa Birliyinə daxil olan Almaniyanın ( DakKs), İtaliyanın (Accredia) və Latviyanın ( Latak) akkreditasiya qurumları ilə birlikdə həyata keçirilir. 

Akkreditasiya üzrə tvinninq layihəsi haqqında məlumat

 

"Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi" Tvinninq Layihəsi AZ / 13 / ENI / TR / 02/16 (AZ / 46).

 

Almaniya akkreditasiya orqanı DAkkS, İtaliya akkreditasiya orqanı Accredia və Latviya akkreditasiya orqanı LATAK-ın iştirak etdiyi konsorsium, Azərbaycanda akkreditasiya sistemini müasirləşdirmək və gücləndirməyə kömək edəcək.

 

Layihənin ümumi məramı Azərbaycanın iqtisadi inkişafına və Avropanın tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsi ilə dünya bazarına çıxışı təmin etməkdir. Layihə Azərbaycanda məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verərək, onların Avropa bazarında rəqabətə davamlı olmasına şərait yaradacaq.

 

Layihənin məqsədi Azərbaycan Akkreditasiya Mərkəzinin imkanlarını (AAM-AZAC) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (BLAƏ-ILAC), Beynəlxalq Akkreditasiya Forumunun (BAF-IAF) və Akkreditasiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının (AAƏT-EA) tələblərinə uyğun olaraq gücləndirməkdir.

 

1 iyul 2017-ci ildən etibarən 24 ay davam edəcək layihəyənin büdcəsi 1. 200000 avrodur.

 

2017-ci ilin oktyabr ayına qədər - üç ekspert missiyası həyata keçirilib.

 

Layihənin rəsmi açılış mərasimi 2017-ci il sentyabrın 7-də Bulvar Otelində baş tutub.

 

İcraedici Komitənin birinci iclası sentyabrın 6-da SMPDK-in binasında keçirilib.