12 dekabr xalqımız Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım gününü yaşayır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə Azərbaycanın iqtisadi tərəqqisi yüksək həddə çatıb. Heydər Əliyevin həyat və fəaliyyəti müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində əvəzsizdir. Azərbaycanın bu gün səsinin bir çox beynəlxalq təşkilatların tribunasından eşidilməsi, diplomatik uğurları düzgün qurulan təmələ söykənir. Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz sahibi və beynəlxalq səviyyədə tanınır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.

 

Azərbaycan Akkreditasiya Mərkəzinin kollektivi Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib gül dəstələri qoyublar.

 

Daha sonra ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.