Dekabrın 6-da Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən otellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.

Dekabrın 6-da Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən otellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.

Tədbirdə Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Namiq Əliyev və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iştirak ediblər.

Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 300-dən artıq orqanı akkreditasiyadan keçirib.

 

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev qeyd edib ki, həmin orqanlar arasında turizm sahəsində çalışan qurum yoxdur və Azərbaycanda ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək.

 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sözlərinə görə “ulduz kateqoriyasının otelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə  daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib. Verilən məlumata görə, otellərə udluzların verilməsi prosesi  2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələ üçün 100-dən çox otelin ulduzlaşması həyata keçiriləcək”.

 

 

 

Brifinqin sonunda Azərbaycanda ilk dəfə Azərbaycan Turizm Bürosuna otellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı verilib.

 

 

 

Məlümat üçün:

 

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.

 


Milli Ulduz Təsnifat Sistemi otelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb. 

 

 

 

Mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.

 

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un  və Avropa Hotellər, Restoranlar və  Kafelər Assosiasiyasının (“HOTREC”)  müşahidəçi üzvüdür.