“Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsinin yekun konfransına həsr olunmuş tədbir keçiriləcəkdir

        Cari ilin 1 oktyabr tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Avropa  İttifaqına daxil olan Almaniyanın (DakKs), İtaliyanın (Accredia) və Latviyanın (Latak) akkreditasiya qurumlarının dəstəyi ilə heyata 2017-2019-cu illərdə keçirilən “Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsinin yekun konfransına həsr olunmuş tədbir keçiriləcəkdir.

        Tədbirdə Almaniya, İtaliya və Latviyanın Azərbaycan Respublikasındakı Səfirlərinin, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin, eləcə də digər qonaqların iştiraki nəzərdə tutulur.

        Tədbir zamanı iştirakçılara layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat veriləcəkdir.

        Yuxarıda qeyd olunanları nəzərə alaraq keçirilməsi nəzərdə tutulan tədbirdə iştiraka kütləvi informasiya vasitələrini dəvət edirik.

 

09:30-10:00   Qeydiyyat və Qəhvə

10:00-11:00 Salamlama

Səfir Dr. Namiq Əliyev, B.Ö. üzrə Layihə rəhbəri, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru

Akad.Dr. Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Milli Məclisi, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri

Səfir Kestutis Jankauskas, Avropa İttifaqının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri

Səfir Dr. Wolfqanq Maniq, Almaniyanın Azərbaycanda Fövqəladə və Səlahiyyəti səfiri

Səfir Auqusto Massari, İtaliyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri

Səfir Dainis Garančs, Latviyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri

Dr. Norbert Şults, Ü.D. üzrə Layihə rəhbəri, Almaniya Federal Respublikasının Avropa İttifaqında Daimi Nümayəndəliyi, İqtisadiyyat Şöbəsinin müdiri


11:00-11:30   Qəhvə fasiləsi // Mətbuat konfransı

11:30-12:45   Tvinninq Layihəsinin nəticələrinin təqdimatı

Xanım Zinaida Qorina, Rezident Tvinninq Müşaviri, Alman Akkreditasiya orqanı - DAkkS

Dr.- Ing. Stefan Finke, DAKKS - Alman Akkreditasiya Orqanının İdarəedici Direktoru

Cənab Filippo Trifiletti, İtaliyanın Akkreditasiya Orqanının Baş Direktoru

Cənab Janis Aleksjonoks, Sertifikatlaşdırma və İnspeksiya Orqanlarının Akkreditasiyası, Latviyanın Akkreditasiya Orqanı LATAK

Dinləyicilərlə müzakirələr