15 iyun- Milli Qurtuluş Günü

1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik halları artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və Respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 

Heydər Əliyev qısa bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

14 iyun 2019-cu il tarixində Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev və iş kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad etmiş, onun məzarı önünə əklillər, gül dəstələri qoymuş, müdrik dövlət xadiminə Allah-Taaladan rəhmət diləmişlər.