11 aprel 2019-cu il tarixində Gəncə şəhərində “Akkreditasiyanın faydaları” mövzusunda tədbir keçirimişdir

    2017-ci ilin iyun ayından Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Almaniyanın (DakKs), İtaliyanın (Accredia) və Latviyanın (Latak) akkreditasiya qurumları ilə birlikdə “Azərbaycan Respublikasında  Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsi həyata keçirilir.

     Layihə çərçivəsində 11 aprel 2019-cu il tarixində Gəncə şəhərində “Akkreditasiyanın faydaları” mövzusunda uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştiraki ilə tədbir keçirilmişdir. Tədbir zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktorununn müavini Ruslan Ömərov, Brüsseldə Avropa Birliyinə Almaniyanın Daimi Nümayəndəliyinin İqtisadi Bölməsinin rəhbəri və üzv dövlət üzrə Tvininq layihə rəhbəri dr. Norbert  Şultes, kiçik layihə rəhbəri Yanis Aleksyonoks və Tvininq layihəsinin rezident Tvininq müşaviri xanım Zinaida Qorina çıxış etmişlər.

     Tədbirdə akkreditasiyanın faydaları, effektiv milli keyfiyyət infrastrukturunun inkişafı üçün Avropa Birliyi tələblərinin tətbiqi, əsas akkreditasiya sxemləri və akkreditasiya sahəsində istifadə olunan standartlar barədə məlumatlar verildi.

Layihə öz işini davam edir.