28-31 yanvar 2019-cu il tarixlərində Azərbaycan Akkreditasiya Mərkəzində tədbir təşkil olunmuşdur

Avropa Birliyi tərəfindən maliyyələşən “Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” ilə bağlı 2 illik Tvininq layihəsinin “Hüquqi və Tənzimləyici bazanın təkmilləşdirilməsi”  komponenti çərçivəsində 4-8 fevral  2019-cu il tarixlərində Almaniyanın Berlin şəhərində təlim səfəri təşkil ediləcəkdir.

Sözü gedən səfərin səmərəli təşkili məqsədi ilə İtaliya Akkreditasiya qurumunun baş direktoru Filippo Trifiletti və Almaniya Akkreditasiya qurumunun baş eksperti Frank Torbenin iştirakı ilə 28-31 yanvar 2019-cu il tarixlərində Azərbaycan Akkreditasiya Mərkəzində tədbir təşkil olunmuşdur. Sözügedən tədbirdə Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru prof. Namiq Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri cənab Vasif Əmiraslanov,  həmin sektorun böyük məsləhətçisi cənab Fərid Hacıyev və digərləri iştirak etmişdilər.

Tədbir zamanı uyğunluğun qiymətləndirilməsi sahəsində ölkədə mövcud olan qanunvericilik və səfər zamanı toxunulacaq məsələlər müzakirə  olundu.