24 yanvar 2019-cu il tarixində Shamaxı Palas Shərədil oteldə “Akkreditasiyanın faydaları” mövzusunda konfrans keçirildi

     2017-ci ilin iyun ayından Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Almaniyanın (DakKs), İtaliyanın (Accredia) və Latviyanın (Latak) akkreditasiya qurumları ilə birlikdə “Azərbaycan Respublikasında  Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsi həyata keçirilir.

     Layihə çərçivəsində 24 yanvar 2019-cu il tarixində Shamaxı Palas Shərədil otelində “Akkreditasiyanın faydaları” mövzusunda konfrans keçirildi. Tədbir zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru və benefisiar ölkə üzrə Tvininq layihə rəhbəri prof. Namiq Əliyev, üzv dövlət üzrə Tvininq layihə rəhbəri dr. Norbert  Şultes, kiçik layihə rəhbəri cənab Gordano Angle və Tvininq layihəsinin rezident Tvininq müşaviri xanım Zinaida Qorina çıxış etdilər.

     Sözü gedən tədbirdə qərar qəbul edən qurumların, tənzimləyici orqanların, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən təşkilatların akkreditasiyanın faydaları barədə məlumatlandırılması, effektiv milli keyfiyyət infrastrukturunun inkişafı üçün Avropa Birliyi tələblərinin tətbiqi və əsas akkreditasiya sxemləri ilə bağlı bəzi texniki məlumatlar verildi.

     Tədbirin sonunda laboratoriyaların akkreditasiyası və istifadə olunan standartlar kimi məsələlər də müzakirə olundu.

     Layihə öz işini davam edir.