Hörmətli KİV nümayəndələri,

Ölkəmizdə sahibkarlığın inkişafının sürətləndirilməsinə yönələn sosial-iqtisadi siyasət, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması üçün ölkəmizdə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi və məhsullara verilən sertifikatların xarici ölkələr tərəfindən tanınması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin bu günlərdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosativ üzv qəbul olunması, əldə edilən üstünlüklər, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində aparılan işlər, eyni zamandamərkəzin Avropa Akkreditasiya Təşkilatında təmsilçiliyi və “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinniq layihəsi barədə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

Tədbir 29 mart 2018-ci il tarixində saat 11:00-da Komitənin inzibati binasında (Mərdanov qardaşları küç. 124) keçiriləcək.