İAF/ İLAC

İLAC – (Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı) laboratoriyaların akkreditasiyası üçün beynəlxalq təşkilatdır

ILAC 1977-ci ildə akkreditasiya nəticələrinin və kalibrləmə sınaqlarının qəbul edilməsini təşviq etməklə ticarətin inkişafına kömək etmək və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün yaradılmışdır. Təşkilatın yaradılmasında əsas məqsəd akkreditasiya orqanları arasında əlaqələrin qurulmasıdır.

2000-ci il noyabrın 2-də Vaşinqtonda 28 ölkədən olan 36 akkreditasiya orqanı ILAC-ın  qarşılıqlı tanınması haqqında Sazişi imzaladı. Müqavilə 31 yanvar 2001-ci ildə qüvvəyə minmişdir. ILAC müqaviləsi müxtəlif ölkələrin laboratoriyalarında əldə edilmiş test və kalibrləmə nəticələrini tanıyaraq beynəlxalq ticarət sisteminin inkişafına töhvə verir.

ILAC və AZAK.

2012-ci ildən Azərbaycan Akkreditasiya Mərkəzi (o zaman Dövlət Akkreditasiya Xidməti) İLAC-ın müxbir üzvü, 07 mart 2018-ci ildən isə  Assosiativ üzvüdür