“Azərbaycan Akkrediyasiya Mərkəzi” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1.  “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra - Mərkəz) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edilməsi üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət , Komitəsi (bundan sonra-Komitə) tərəfindən yaradılmış qurumdur.

*               1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını,

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Komitənin qərarlarını, Komitə sədrinin əmrlərini və bu Nizamnaməni rəhbər tutur.

1.3.    Mərkəz sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilər ki, bu fəaliyyət onun yaradılması zamanı və Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin ve bu məqsədlərə uyğun gəlsin. Mərkəz Komitənin buna dair yazılı razılığı ilə təsərrüfat cəmiyyətləri və hüquqi şəxslər (eləcə də publik hüquqi şəxslər) yarada və ya onlarda iştirak edə, habelə idarə filial, mərkəz və nümayəndəliklər yarada bilər.

1.4.    Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərən vahid orqandır.

1.5.  Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yeri ^ özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərls

qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.6.   Mərkəz müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habel? xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş gerbli möhürə, müvafiq ştamplara, loqotip? (emblemə) və blanklara malikdir.

1.7.   Publik hüquqi şəxsin tam adı: "Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsidir

1.8.   Mərkəzin hüquqi ünvanı: AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları, e' 124

2. Mərkəzin fəaliyyət istiqamətləri

2.1.        Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir

2.1.1.    akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini təmin etmək;

2.1.2.    uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını həyat; keçirmək;

2.1.3.    uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahəsind; beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin etmək.

 

3. Mərkəzin hüquq və vəzifələri

  3.1.    Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1.    akkreditasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir;

3.1.2.    Beynəlxalq standartların tələblərinə uyğun daxili idarəetmə sistemini yaradır, tətbiq edir və onun işlək vəziyyətdə saxlanmasını təmin edir;

3.1.3.    akkreditasiya sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı Komitəyə təkliflər verir;

3.1.4.    uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirir, o cümlədən akkreditasiya attestatının verilməsinə, qüvvədəolma müddətinin uzadılmasına, qüvvəsinin dayandırılmasına, dublikatın verilməsinə, ləğv edilməsinə və akkreditasiya sahəsinə əlavə və dəyişikliklər edilməsinə dair qərar qəbul edir;

3.1.5.    akkreditasiya        olunmuş   uyğunluğun   qiymətləndirilməsi         qurumlarının   fəaliyyətinə

nəzarətin həyata keçirilməsini təmin edir;

3.1.6.    akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi qurumlarının, sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin reyestrini aparır;

3.1.7.    akkreditasiya          edilmiş   uyğunluğun    qiymətləndirilməsi           qurumlarını    fəaliyyətini

əlaqələndirir və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında’’ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda nəzarət edir;

3.1.8.    akkreditasiya          edilmiş   uyğunluğun    qiymətləndirilməsi           qurumlarını    fəaliyyətini

əlaqələndirir və həmin qurumlar tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına nəzarət edir;

3.1.9.    akkreditasiya işlərinin həyata keçirilməsinə cəlb olunan ekspertlərin və qiymətləndiricilərin seçilməsini təmin edir və onların məlumat bazasını formalaşdırır;

3.1.10.    akkreditasiya keçirilən zaman obyektivliyi və qərəzsizliyi təmin edir;

3.1.11.    akkreditasiya proesesində əldə olunmuş məlumatların məxviliyini təmin edir;

3.1.12.     Azərbaycan Respublikasının Milli akkreditasiya sistemində qərəzsizliyin və obyektivliyin təmin edilməsi məqsədi ilə sistemin siyasətinin prinsiplərinin işlənməsi və işlək vəziyyətdə saxlanması üçün Akkreditasiya üzrə Məsləhətçi Şuranın yaradılması ilə bağlı Komitə sədrinə təkliflər verir.

3.1.13.   akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması üçün Mərkəzin Apellyasiya Şurasını yaradılması ilə bağlı Komitə sədrinə təkliflər verir.

3.1.14.    fəaliyyəti ilə bşğlı arayış və hesabatlar hazırlayır və Komitəyə təqdim edir;

3.1.15.   vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;

3.1.16.   normativ hüquqi aktlar və Komitə tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;

3.1.17.    qanunvericiliklə həvalə olunmuş digər vəzifələri həyata keçirmək.

  3.2. Mərkəz aşağıdakı hüquqları həyata keçirir:

       3.2.1.                “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər, normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və Komitəyə təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

3.2.2.    akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi qurumların akkreditasiyası sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.3.    qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya sahəsində beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək,

, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək, fəaliyyətinin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılınası istiqamətində tədbirlər görmək;

3.2.4.    akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası sahəsində analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;

3.2.5.    uyğunluğu qiymətləndirən qurumlarının fəaliyyətinin akkreditasiya tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə monitorinqlər aparmaq;

3.2.6.    akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası məsələlərinə dair konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək;

3.2.7.    laboratoriyalar üçün ixtisas və ya digər müqayisəli yoxlamaları təşkil etmək və ya bu sahədə səriştəli orqanı bu işlərə cəlb etmək;

3.2.8.    akkreditasiya prosesində ortaya çıxan mübahisəli məsələlərin həll olunması məqsədi ilə

 

 sahələr üzrə texniki komitələr yaratmaq;

3.2.9.    fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

3.2.10.    göstərilən xidmətlərə görə haqları müəyyən etmək və ödəniş almaq;

3.2.11.    uyğunluğu qiymətləndirən qurumlarda akkreditasiyanın həyata keçirilməsi məqsədi ilə müqavilə əsasında texniki ekspertlər və qiymətləndiricilər cəlb etmək;

3.1.12.    akkreditasiya üzrə ekspert-auditorların attestasiyasını həyata keçirmək;

3.2.13.    fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı xarici və yerli ekspertləri, məsləhətçiləri, məsləhətçi şirkətləri, elmi təşkilatları əməkdaşlığa cəlb etmək;

3.2.14.    fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;

3.2.15.    fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək'

4. Mərkəzin idarəetmə orqanları

4.1.    Ümumi yığıncaq

4.1.1.   Mərkəzin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır (bundan sonra- ümumi yığıncaq).

4.1.2.      Ümumi yığıncağın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

(4.1.2.1. nizamnamənin, ona dəyişikliklərin və strukturu təsdiq etmək;

4.1.2.2.    nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.2.3.   inkişaf istiqamətlərinin və strategiyasının müəyyən edilməsi, illik maliyyə hesabatlarının və biznes planının təsdiqi;

4.1.2.4.   icra orqanının (təkbaşçı) yaradılması və rəhbərinin, eləcə də struktur bölmələrinin rəhbərinin təyin edilməsi, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.1.2.5.   təsərrüfat cəmiyyətlərinin və digər hüquqi şəxslərin (eləcə də publik hüquqi şəxslər) yaradılması və ya onlarda iştiraka razılıq verilməsi, habelə idarə, filial, mərkəz və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.2.6.   xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;

4.1.2.7.    publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən zəruri

məlumatları almaq;                ....

4.1.2.8.    publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı təşəbbüs göstərmək;

4.1.3.      Azərbaycan Respublikası adından Mərkəzin təsisçisi kimi Komitə çıxış edir və bu Nizamnamənin 4.1-ci bəndində müəyyənləşdirilmiş səlahiyyətləri Komitə sədri bilavasitə yerinə yetirir.

4.1.4.      Mərkəzin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edilir.

                                                           4.2.           Mərkəzin icra orqanı

4.2.1.      Mərkəzi Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktor idarə edir. Baş direktor olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktorun müavin(lər)i tərəfindən həyata keçirilir.

4.2.2.      Mərkəzin Baş direktoru:

4.2.2.1 .Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir, onun operativ idarə olunmasını həyata keçirir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

4.2.2.2.   publik hüquqi şəxsin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək;

4.2.2.3.   öz səlahiyyəti daxilində publik hüquqi şəxsin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, müvəkkil banklarda publik hüquqi şəxsin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sərəncam vermək;

4.2.2.4.   səlahiyyətləri çərçivəsində Mərkəzin fəaliyyətinə dair işçilər uçun icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

4.2.2.5.   Komitədə qəbul edilmiş qərarların, Komitə sədrinin əmrlərinin vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək;

4.2.2.6.    Qanunvericiliyin tələblərinə riayət etməklə Mərkəzin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində qanunvericiliyin tələblərinə riayət etməklə Mərkəzin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;

         4.2.2.7.   Mərkəzin işçilərini (Komitə sədri tərəfindən təyin edilən Mərkəzin struktur bölmə söfibərləri istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə     intizam-tənbeh tədbirlərini görür;         

         4.2.2.8.                 Mərkəzin işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

         4.2.2.9.                 öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək;

         4.2.2.10.                Publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək;

         4.2.2.11.    Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

         4.2.2.12.                Dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

4.2.2.13.    Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.2.2.14.   Mərkəzin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edir;

4.1.2.15.    Mərkəzin ştat vahidlərini və işçilərin əmək haqqını müəyyən etmək;

4.2.2.16.   Bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsisçinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

                   5. Nizamnamə fondu, əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin

əsasları

5.1.  Mərkəzin nizamnamə fondu “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun verilən əmlak hesabına formalaşır və 242597,35 (iki yüz qırx iki min beş yüz doxsan yeddi,35) manatdır (216151 manat pul, 26446,35 manat əmlak şəklində).

5.2.  Mərkəzin əmlakı nizamnamə fondundan, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına uyğun verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitlərdən, Fərmanın 4-cü hissəsinə uyğun olaraq, bu Nizamnaməyə uyğun həyata keçrilən fəaliyyətlə əlaqədar əldə etdikləri gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına formalaşır.

5.3.   Əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qanunvericiliyin tələbləri və bu Nizamnamə ilə müəyyən edilən səlahiyyətləri nəzərə alınmaqla Məzkəzin Baş direktoru tərəfindən həyata keçirilir.

5.4.  Komitə yaratdığı publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik*hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

5.5.  Daxilolmalar Fondu bu Nizamnamənin 5.2-ci bəndində nəzərdə tutulan daxilolmalar (Nizamnamə fondu istisna olmaqla) və qanunla qadağan olunmamış digər maliyyə mənbələri hesabına formalaşır, fəaliyyət istiqamətləri üzrə investisiyaların qoyulması və ödənişlərin həyata keçirilməsi məqsədi ilə istifadə edilir.

5.6.            Mərkəz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

5.7. Mərkəzin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilir.

5.9.    Mərkəzin əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

5.10.    Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

5.11.    Mərkəz öz fəaliyyətinin nəticələrinin qanunvericiliyə uyğun uçotunu aparır.

             6. Mərkəzin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması

Mərkəz fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasını mütəmadi qaydada həyata keçirir.

7. Mərkəzin ləğvi və yenidən təşkili

        Hüquqi şəxsin ləğvi və yenidən təşkili Komitə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər 

müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.