Inspeksiya-məhsul layihələndirməsinin, məhsulun, xidmətin, prosesin ekspertizası və ya onların xüsusi tələblərə uyğunluğunun peşəkar rəy və ümumi tələblər əsasında müəyyən edilməsidir. Prosesin inspeksiyasına personal, avadanlıq, texnologiya və metodologiya daxildir.

İnspeksiya orqanları dedikdə, inspeksiya fəaliyyətlərini yerinə yetirən hər hansı orqan nəzərdə tutulur. İnspeksiya orqanları AZS ISO 17020:2008 standartının tələblərinə uyğun akkreditasiya olunur.

Yuxarıda göstərilən standartları “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin normativ sənədlər fondundan əldə etmək olar.