Azərbaycan Akkreditasiya Mərkəzinin (AAM) milli akkreditasiya orqanı kimi öz idarəetmə sistemini aşağıdakı keyfiyyət siyasətinə uyğun təsis edib:

- keyfiyyət sisteminin inkişafı, tətbiqi və daima yaxşılaşdırılması üçün akkreditasiya orqanının həqiqi fəaliyyət sahəsi daxilində bütün UQO üçün müvafiq akkreditasiya qaydalarının tətbiq olunması imkanının təsdiq edilməsi;

- məqsədlərin şəffaf, obyektiv, qərəzsiz, etibarlı və hüquqlan pozulmamaq tərzində yerinə yetirilməsi üçün proseslərin idarə olunması və müraciət edən orqanın böyüklüyündən və ya hər hansı assosiasiyalara üzvlüyündən, həmçinin kommersiya və ya maliyyə təzyiqi olmadan sistemə daxil olması üçün şəraitin yaradılması;

- AZAK-a müraciət edənlərin ümidlərini doğrultmaq və effektiv və məhsuldar xidmətlər göstərən səriştəli və etibarlı akkreditasiya orqanı kimi tanınmaq;

- akkreditasiya fəaliyyəti ilə bağlı məlumatların şəffaflığını təmin etmək və etibarlı saxlanma şərti ilə cəmiyyət üçün açıq saxlamaq;

-  AZAK respublika daxilində yeganə milli akkreditasiya orqanı kimi və uyğunluğun qiymətləndirilməsinin könüllü və ya məcburi hallarda olmasından asılı olmayaraq əsas icra orqanı kimi tanıtdırmaq;

- regional və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələr qurmaq, texniki əməkdaşlığı işıqlandırmaq, akkreditasiya fəaliyyətində təcrübə mübadiləsini və iki və ya çoxtərəfli qarşılıqlı tanınmaları təmin etmək;

- komanda şəklində işini quran və işçilərinin peşəkarlıq səviyyəsini təmin edən təşkilat kimi formalaşmaq.