Akkredltasiyaya müraciət Azərbaycan Akkreditasiya Mərkəzinin (AAM) saytında yerləşdirilən sifariş formalarına uyğun təqdim edlir. Sifarişlə birlikdə akkreditasiya prosesi üçün lazım olan sənədlər dəsti əlavə edilir.                                                                       Müraciətin sənədlər dəstilə birlikdə qəbulundan sonra akkreditasiya üzrə işlərin aparılması üçün AAM-də ekspert qrupu yaradılır və akkreditasiya qaydalarına uyğun olaraq UQO-nun akkreditasiya işləri apanlır. Akkreditasiya prosesi akkreditasiyanın mərhələlərlə həyata keçirilmə sxemində göstərilmişdir.

Akkreditasiyanın hər növbəti mərhələsi əvvəlki mərhələnin müsbət nəticələrinə görə aparılır.

Bütün mərhələlər yerinə yetirildikdən sonra nəticələrin qiymətləndirilməsi akkreditasiya sahəsində qərarların qəbulu üzrə Komissiyaya təqdim olunur.

UQO-nun akkreditasiya sahəsində tələblərə bütövlüklə uyğunluğu və qiymətləndirmənin müsbət nəticələri zamanı orqana akkreditasiya attestatı verilir.

Akkreditasiya sahəsi akkreditasiya attestatına əlavə olaraq verilir. Akkreditasiya sahəsində uyğunluğun qiymətləndirilməsi üzrə konkret xidmət göstərilir. Akkreditasiya sahəsini göstərməklə akkreditasiya olunan UQO haqqında məlumat AAM-in saytında nəşr olunur. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar üzrə həyata keçirilir.