Sınaq və kalibrləmə laboratoriyaları

Kalibrləmə - verilmiş ölçmə vasitəsinin həqiqi metroloji xüsusiyyətlərinin dəqiqliyini təyin et-mək məqsədi ilə kəmiyyətin bu ölçmə vasitələrinin köməyi ilə alınmış qiymətinin və həmin kəmiyyət etalonunun köməyi ilə təyin olunan uyğun qiyməti arasındakı nisbəti müəyyən edən əməliyyatlar məcmusudur. Kalibrləmə laboratoriyası dedikdə ka- librləmə fəaliyyətini yerinə yetirən hər hansı təşkilat nəzərdə tutulur.

Sınaq - verilmiş məhsulun, proses və ya xidmətin bir və ya daha artıq xüsusiyyətinin təyin edil-mə- sindən ibarət, müəyyən edilmiş prosedura əsasən yerinə yetirilməli olan texniki əməliyyatdır. Sınaq laboratoriyası dedikdə sınaq aparan hər hansı təşkilat nəzərdə tutulur.

Kalibrlənməni həyata keçirən laboratoriyalar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən AZSİSO/İEC 17025:2009 standartının tələblərinə cavab verməli və akkreditasiya olunmalıdır.

Məhsulların sınaqlarını həyata keçirən laboratoriyalar, o cümlədən istehsalata xidmət edən laboratoriyalar könüllü akkreditasiya oluna bilərlər. İstisna hallarda bəzi laboratoriyalar, məsələn sertifikatlaşdırma sınaqlarını aparan, sınaqlar sahəsində təsərrüfat hesablı xidmətlər göstərən müstəqil laboratoriyalar, eyni zamanda qanunvericiliklə fəaliyyəti tənzimlənən dövlət qurumu tərəfindən akkreditasiya olunmasına cəlb edilə bilən laboratoriyalar məcburi akkreditasiyaya məruz qalır. Akkreditasiyaya iddialı olan sınaq laboratoriyaları AZS İSO/İEC 17025:2009 standartının tələblərinə cavab verməli və həmin tələbləri yerinə yetirməlidirlər.