Akkreditiasiyanın faydaları aşağıdakılardır:

- fəaliyyət sahəsində səriştəliliyin təsdiqi və fəaliyyət sahəsində tanınması;

- özünün peşəkarlığına və etibarlılığına inamın artırılması;

- müştərilərə öz səriştəliliyinin sübuta yetirilməsinin təmini;

- marketinq işlərində akkreditasiyadan bir vasitə kimi istifadə olunması;

- Azərbaycan Respublikası ilə qarşılıqlı tanınma haqqında əməkdaşlıq müqaviləsini imzalayan ölkələrdə uyğunluğun qiymətləndirilməsi nəticələrinin tanınmasına və qəbul edilməsinə zəmanət.

- uyğunluğu qiymətləndirən qurumların fəaliyyətində bu sahədə mövcud olan qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl edilməsinin sübutudur.