VƏZİFƏ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin vəzifə və fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında" Əsasnamə ilə müəyyən olunur.

Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsi, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;

- Sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir;

- Akkreditasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;

- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Xidmətin vəzifələri aşağıdakılardır:

- Akkreditasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;

- Akkreditasiya sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər verir;

- Milli Akkreditasiya Sisteminin yaradılması ilə əlaqədar qaydaların hazırlanmasında və digər tədbirlərin həyata keçirilməsində iştirak edir;

- Sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir, o cümlədən akkreditasiya attestatının verilməsinə, qüvvədəolma müddətinin artırılmasına, qüvvəsinin dayandırılmasına, ləğv edilməsinə və akkreditasiya sahəsinə dəyişikliklər edilməsinə dair qərar qəbul edir;

- Akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinə dair qaydaların hazırlanmasında iştirak edir;

- Akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini təmin edir;

- Xarici və ya beynəlxalq qurumların verdiyi akkreditasiya attestatlarının tanınması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir;

- Akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyaları və uyğunluğun qiymətləndirilməsi orqanlarının reyestrini aparır;

- Xarici dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla akkreditasiya sahəsində əməkdaşlıq və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə işlərin nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanmasında iştirak edir;

- Akkreditasiya edilmiş orqanlar tərəfindən təsərrüfat subyektlərində idarəetmə sistemlərinin sertifikatlaşdırılması ilə bağlı işlər aparılarkən qanunvericiliyə və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir;

- Akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətini əlaqələndirir və həmin orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına nəzarət edir;

- Akkreditasiya işlərinin həyata keçirilməsinə cəlb olunan ekspertlərin və qiymətləndiricilərin seçilməsini təmin edir və onların məlumat bazasını formalaşdırır;

- Akkreditasiya keçirilən zaman tərəflərin bərabər iştirakını təmin edir;

- Vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

Yenilənmə tarixi: 08.01.2014

XƏBƏRLƏR

TƏRƏFDAŞLAR
KEÇİDLƏR