HESABAT

2014-cü ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətində  görülən işlər  barədə məlumat

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2012-ci il tarixli  604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya xidməti yaradılmışdır.      Dövlət Akkreditasiya Xidməti vəzifə və funksiyalarını sınaq və kalibrləmə laboratoriyalarının və sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorları tərəfindən həyata keçirilir:

Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası sektoru Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektoru isə keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.

Azərbaycan Respublikasında uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyasının hüquqi və təşkilati əsaslarını müəyyən edən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu 30 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir və qüvvəyə minmişdir.

"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2014-cü il tarixli 229 nömrəli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə Komitə tərəfindən normativ hüquqi aktların layihələri hazırlanmışdır.    Hazırlanmış normativ hüquqi aktlar uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasının aparılmasını, xarici qurumların fəaliyyətinin razılaşdırılmasını təmin edərək, onların reyestrinin aparılmasını, şikayətlərə apellyasiya şurasında baxılması sahəsində hüquq münasibətlərinin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur.

2014-cü il ərzində Dövlət Akkreditasiya Xidmətinin mütəxəssisləri tərəfindən akkreditasiya sisteminə aid AZS İSO/İEK 17024:2014 "Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər" beynəlxalq standartı azərbaycan dilinə tərcümə edilmiş və Milli standart  kimi  qeydiyyata alınmışdır.

Bundan başqa Dövlət Akkreditasiya Xidmətinin mütəxəssisləri bir sıra Beynəlxalq təlimlərdə o cümlədən  Koreya Respublikasının Seul şəhərində 1-12 noyabr 2014-cü il tarixlərində Koreyanın Standartlar Assosiasiyası tərəfindən "2014-cü il üzrə MDB regionunda əməkdaşlıq proqramı çərçivəsində keçirilmiş təlim"də  iştirak etmiş,  Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) və Bölgələrarası Standartlaşdırma Birliyinin (BASB) Türkiyə və Tacikistanda keçirilən müvafiq texniki komissiya və komitələrində də təmsil olunmuşlar.

Bundan başqa Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya üzrə Avropa  əməkdaşlığı təşkilatına(EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır və müvafiq müraciət edilmişdir.

Xidmətin əməkdaşları ixtisaslarının artırılması üçün Azərbaycan Respublikasında  keçirilən Beynəlxalq  BS İSO/IEC  və  İSO 9001 standartlarının  tədbiqi ilə əlaqədar kurslarda iştirak etmiş  və bu barədə müvafiq sertifikatlar almışlar.

Eyni zamanda, Dövlət Akkreditasiya Xidməti tərəfindən 9 iyun 2014-cü il tarixində dövlət və qeyri-dövlət təşkilatlarının iştirakı ilə "9 iyun-Beynəlxalq Akkreditasiya günü" qeyd edilmişdir.

Milli Akkreditasiya Sisteminin tələblərinə uyğun 2014-cü il ərzində  45 sınaq  və  7 kalibrləmə laboratoriyasının, 9 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqanın, 2 personalın, 17 oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanın və 7 inspeksiya xidmətləri göstərən orqanın akkreditasiya edilməsi ilə bağlı işlər həyata keçirilmişdir.

 

 

 

 

 

 

 

 

Yenilənmə tarixi: 17.12.2014

XƏBƏRLƏR

TƏRƏFDAŞLAR
KEÇİDLƏR