Akkreditasiya prosesi

Akkreditasiyaya müraciət  Komitənin  saytında yerləşdirilən sənədlərdə  göstərilən  formalara uyğun verilir. Müraciətlə birlikdə DAX-ın  sənədlərində göstərilmiş UQO-nun səriştəliyini təsdiq edən sənədlər dəsti  də təqdim olunur.Müraciətin sənədlər dəstilə birlikdə qəbulundan sonra akkreditasiya üzrə işlərin aparılması üçün DAX-da ekspert qrupu yaradılır və  akkreditasiya qaydalarına uyğun olaraq UQO-nun akkreditasiya işləri aparılır.Akkreditasiyanın hər növbəti mərhələsi əvvəlki mərhələnin müsbət nəticələrinə görə  aparılır.Bütün mərhələlər yerinə yetirildikdən  sonra nəticələrin qiymətləndirilməsi  akkreditasiya sahəsində  qərarların qəbulu üzrə Komissiyaya təqdim olunur.UQO-nun  akkreditasiya sahəsində  tələblərə bütövlüklə uyğunluğu və qiymətləndirmənin  müsbət nəticələri zamanı  orqana akkreditasiya attestatı verilir.Akkreditasiya sahəsi  akkreditasiya attestatına əlavə olaraq verilir. Akkreditasiya sahəsində uyğunluğun qiymətləndirilməsi üzrə konkret xidmət göstərilir. Akkreditasiya sahəsini göstərməklə  akkretitasiya olunan  UQO haqqında məlumat Komitənin  saytında nəşr olunur

Yenilənmə tarixi: 22.07.2014

XƏBƏRLƏR

TƏRƏFDAŞLAR
KEÇİDLƏR