Akkreditasiya orqanının Apellyasiya Şurası (bundan sonra - Şura) akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması üçün yaradılmışdır.

Fiziki və hüquqi şəxslər, təşkilatlar Şuraya bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş nümayəndələri vasitəsilə kağız üzərində yazılı və ya elektron formada şikayət verə bilərlər.